Bakıda PC klub qiymətləri neçə AZN-dən başlayır?
GameYer-də hazırda göstərilən PC klublarında saatlıq qiymətlər 0.8 AZN-dən başlayır. Konkret klub profilində aktual tarifləri yoxla.
Bakıda PC klub, kompüter klubu, internet klub və internet-kafe kimi axtarılan gaming məkanlarını bir yerdə müqayisə et. Hazırda 36 PC klubu göstərilir və saatlıq qiymətlər 0.8 AZN-dən başlayır. Klub səhifəsindən ünvanı, xəritəni və mövcud olduqda iş saatı və saatlıq qiymət məlumatlarını yoxlaya bilərsən.
Bu kateqoriyada ən azı 2 aktiv filialı olan şəbəkələrin bütün filiallarını bir səhifədə müqayisə et.
Ən azı 2 aktiv PC klubu olan rayonlara birbaşa keç.
Xətai · Sabit Orucov küçəsi 17, Xətai, Bakı
Offline Game Center — Xətai rayonunda 24/7 fəaliyyət göstərən PC oyun klubudur. Klubda ümumilikdə 67 oyun kompüteri var. Standart zona: AMD Ryzen 5 9600X, NVIDIA GeForce RTX 5060 Ti, 32 GB DDR5 6400 MHz RAM və HP Omen 360 Hz monitor. VIP zona: AMD Ryzen 7 9800X3D, NVIDIA GeForce RTX 5070, 32 GB DDR5 6400 MHz RAM və Dell Alienware 500 Hz monitor. SKY zona: AMD Ryzen 7 9800X3D, NVIDIA GeForce RTX 5080, 32 GB DDR5 6400 MHz RAM və ASUS ROG Strix 610 Hz monitor. Bootcamp zona: AMD Ryzen 7 7800X3D, NVIDIA GeForce RTX 5060 Ti, 32 GB DDR5 6400 MHz RAM və Dell Alienware 500 Hz monitor. Zonalarda HyperX Cloud 3 qulaqlıq və HyperX Alloy Origins 65 klaviatura istifadə olunur; VIP və SKY zonalarında Logitech Superlight 2, Standart və Bootcamp zonalarında Mchose A7 V2 Ultra mouse mövcuddur.
Sumqayıt · Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 130
Cyber Tribe — Sumqayıtda fəaliyyət göstərən PC və PlayStation oyun klubudur. Klubda 34 PC var: 24 Komfort və 10 VIP. Komfort zonası: Intel Core i5-12400F, NVIDIA GeForce RTX 5060, 32 GB DDR5 RAM və ASUS 24" 270 Hz monitor. VIP zonası: Intel Core i7-12700, NVIDIA GeForce RTX 5070, 32 GB DDR5 RAM və Alienware 24" 360 Hz monitor. Komfort zonasında Ajazz klaviatura, Razer mouse və Razer qulaqlıq; VIP zonasında Razer klaviatura, HyperX mouse və HyperX qulaqlıq istifadə olunur. Hər iki zonada Cougar kreslolar və 100 Mbit/s-dən yüksək internet mövcuddur. Klubda əlavə olaraq 3 PS5 və 2 simracing qurğusu var.
Rayonuna yaxınlığı, mövcud olduqda saatlıq qiyməti və iş saatlarını, həmçinin klubun xəritədə yerini müqayisə et. “Internet klub” və “internet kafe” axtarırsansa da eyni PC məkanlarını ayrıca internet klubları səhifəsində görə bilərsən.
GameYer-də hazırda göstərilən PC klublarında saatlıq qiymətlər 0.8 AZN-dən başlayır. Konkret klub profilində aktual tarifləri yoxla.
Yaxın klublar səhifəsindən xəritəyə keçərək lokasiyana yaxın PC klublarını görə bilərsən. Rayon səhifələri də konkret ərazidə seçimləri daraltmağa kömək edir.
Axtarışlarda bu terminlər tez-tez eyni tip gaming məkanları üçün işlədilir. GameYer PC və internet klub kimi tanınan məkanları PC kateqoriyasında bir yerdə göstərir.